Azərbaycan premyerliqası 1 pillə yüksəldi

Azərbaycanın UEFA əmsallar cədvəlində bir pillə irəliləyib.

Referans Media  oxu.az-a istinadən xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində Almaniyanın “Ayntraxt Frankfurt” klubu üzərində qələbəsi (3:2) sayəsində mümkün olub.

Qalibiyyətə görə ölkənin xal hesabına 0.500 əmsal əlavə olunub. Azərbaycan bu əmsal sayəsində 22.750 xalla bir pillə irəliləyərək 27-ci sıraya yüksəlib.

Azərbaycanın bu xalla Slovakiyanı (22.375) qabaqlayır. 26-cı pillədə isə 22.843 xalla Sloveniya qərarlaşıb.

Qeyd edək ki, cədvələ 104.991 xalla İngiltərə başçılıq edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki