Azərbaycan qazı Suriyanın iqtisadi bərpasının təminatıdır – Səfirbackend

Azərbaycan qazı Suriyanın iqtisadi bərpasının təminatıdır – Səfir

  Türkiyə ərazisi ilə Suriyaya Azərbaycan təbii qazının tədarükünün avqustun 2-də başlanması iki dost xalqın səbirsizliklə gözlədiyi tarixi hadisədir.

Referans Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Dəməşqdəki səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın SANA agentliyinə bildirib.

Diplomatın sözlərinə görə, tədarük haqqında razılaşma Azərbaycan və Suriya prezidentləri – İlham Əliyev və Əhməd əş-Şaranın Suriya liderinin rəsmi səfəri çərçivəsində iyulun 12-də Bakıda keçirilən görüşünün nəticəsidir.
 
“Bu, iki ölkə arasında strateji əməkdaşlığı gücləndirəcək mühüm hadisədir”, – deyə Şahhüseynov vurğulayıb.

O, həmçinin qeyd edib ki, prezident Əhməd əl-Şaranın rəhbərliyi altında Suriyanın yeni rəhbərliyi inkişafı sürətləndirmək və vətəndaşların həyat səviyyəsini yüksəltmək məqsədilə Suriya xalqının üzləşdiyi bütün problemlərin, xüsusilə iqtisadi sahədəki problemlərin həlli üçün səy göstərir: “Azərbaycan təbii qazı elektrik enerjisi istehsalı güclərinin artırılmasında strateji rol oynayacaq ki, bu da gələcək iqtisadi bərpanın təminatıdır”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki