Azərbaycan və Rusiya FHN rəhbərləri birgə tərəfdaşlığı müzakirə ediblər backend

Azərbaycan və Rusiya FHN rəhbərləri birgə tərəfdaşlığı müzakirə ediblər 

  Rusiya və Azərbaycan fövqəladə hallar nazirləri Aleksandr Kurenkov və Kəmaləddin Heydərov fövqəladə hallar qurumları xətti ilə ikitərəfli tərəfdaşlığı müzakirə ediblər.

Bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Görüş zamanı Azərbaycanın Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) inkişafına töhfəsi qeyd edilib. Təşkilatın İcraiyyə Şurasının 58-ci sessiyası Bakıda keçirildiyi vurğulanıb.

“Bu istiqamətdə birgə iş fövqəladə xidmətlərin xətti ilə beynəlxalq qarşılıqlı fəaliyyətdə xilasetmə və qarşılıqlı yardım kimi işlərin prioritet olduğunu sübut edir”, – Rusiya FHN-in mətbuat xidmətindən əlavə ediblər.**report.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki