Azərbaycana təkcə bu ölkə səs veribmiş – FOTO

Azərbaycana “Avroviziya 2026″da yalnız 1 ölkə səs verib.

Referans Media Axşam.az-a istinadla xəbər verir ki, ölkəmiz 15 ölkənin yarışdığı ikinci yarımfinalda 15-ci yerdə qərarlaşıb.

“Just go” mahnısı ilə səhnəyə çıxan təmsilçimiz Jiva-ya cəmi 2 xalı Bolqarıstan verib.

Qeyd edək ki, üç il fasilədən sonra müsabiqəyə qayıdan Bolqarıstanı Dara adlı ifaçı təmsil edib. O, “Bangaranga” mahnısı ilə birinci olub. Ölkə ümumilikdə 516 xal toplayıb.

 

 

1 10


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki