“Oktyabrın 4-ü və 5-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın maksimal temperaturu 19-24° isti olacaq”.
Referans.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, bölgələrdə hava şəraitinin əsasən yağmursuz olacağı proqnozlaşdırılır. pizza mizza
“Mülayim şərq küləyi üstünlük təşkil edəcək. Aran rayonlarında havanın maksimal temperaturu 19-24°, dağlıq ərazilərdə isə 10-15° isti təşkil edəcək”, – direktor söyləyib.
