Azərbaycanda 18 yaşadək ana olanların sayı MƏLUM OLDU

Hər il erkən evliliklərin sayı 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə müəyyən edilir. 

Referans Media  Ajans.az-a istinadən  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri  üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında bildirilib.

Bildirilib ki, 2025-ci ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 877 nəfər olub. 2024-cü illə müqayisədə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 402 nəfər azalaraq 1279-dan 877-yə düşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki