Azərbaycanda 28 yaşlı gənc xurma yeyərkən boğulub öldü

  Şəmkir sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

Referans.az Teleqraf-a istinadən xəbər verir ki, rayon sakini 1997-ci il təvəllüdlü Ənvər Cəfərov xurma yeyərkən meyvə onun nəfəs borusuna düşüb. 28 yaşlı gənc xəstəxanada vəfat edib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.    


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki