image-mingecevirbackend

Azərbaycanda AĞIR QƏZA: Xəsarət alanlar var

Mingəçevirdə yol qəzası olub.

Referans Media  xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Belə ki, hadisə zamanı xəsarət alan 1967-ci il təvəllüdlü Cəfərova Zəhra Cəlil qızı, 1992-ci il təvəllüdlü Fərəcov Nurlan Çingiz oğlu, 1985-ci il təvəllüdlü Qocayev Razi Tahir oğlu, 1988-ci il təvəllüdlü Cəfərov Ruhan İkram oğlu, 1966-cı il təvəllüdlü Mustafayeva Təranə Vəkil qızı və 1989-cu il təvəllüdlü Cəfərova Rəvanə Həmid qızı xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./unikal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki