Bu ailələrə pulsuz üç otaqlı ev veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Neftçala rayonunda hər biri üç otaqdan ibarət 20 mənzil alınması üçün tender elan edib.

Referans Media  oxu.az-a istinadən xəbər verir ki, mənzillərin Agentliyi şəhid ailələri və əlilliyi olan şəxslərə verilməsi nəzərdə tutulub.

Xidmət tərəfindən 20 mənzilin alınması müqabilində 1 milyon 980 min manat ödəniş edilməsi nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki