Azərbaycanda bu provayder CƏRİMƏLƏNDİ

Azərbaycanda qanunvericiliyin tələbinə əsasən internet telekommunikasiya xidməti göstərən operator və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində uçota durmalıdır.

Bu barədə Referans Media-ya İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyndən (İKTA) bildirilib.

Qeyd edilib ki, “Classnet” MMC-nin uçota alınma üçün təqdim etdiyi sənədlərdən Cəmiyyətin bu tələbi vaxtında yerinə yetirmədiyi müəyyən olunub.

Bununla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 370-1.0.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilib və baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Cəmiyyət barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki