Kino Agentliyində fəaliyyət göstərən Seçim Komissiyasının üzvlərinə pul veriləcək.
Referans İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
Belə ki, sözügedən məvacib komissiya üzvlərinə Agentliyə təqdim olunmuş sənədlərin təhlili və yoxlanılması, ssenarilərin bədii qiymətləndirilməsi, iqtisadi göstəricilərin dəyərləndirilməsinə görə veriləcək.
Məlumata görə, aşağıdakı kinoşünasların hər birinə 4000 manat məbləğində məvacib ödəniləcək:
1) Mərdan Orxan Şiruyyə oglu2) Bedelov Nadir Xadmətulla oğlu3) Qasımov İlham Zakir oğlu4) Şeyxov Yusuf Mansur oğlu5) Zəki Mehriban Mürvət qızı6) Paşayev İlqar Əli Abbas oğlu7) Orucov Yunis Qurbanəli oğlu8) Namazov Eldar Saqif oğlu.
