Azərbaycanda daha iki məşhur verilişin yayımı dayandırılır – Foto

“Azad Azərbaycan” (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.

Referans Media Oxu.az-a istinadlan xəbər verir ki, “Bizimləsən” və “Rəngarəng” proqramları efirdən çıxarılıb.

Kanalın mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat doğrudur: “Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib”.

Eyni zamanda, Oxu.Az-ın özəl mənbələrdən əldə etdiyi digər məlumata görə, ARB kanalında da ciddi efir dəyişikliklərinin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki