image-kredit_pul_bankbackend

Azərbaycanda kredit faizləri ENDİRİLİR?

“Maliyyə icarəsi haqqında” qanunun qəbul edilməsi bütövlükdə maliyyə sektorunda və xüsusən də lizinq sahəsində münasibətlərin genişlənməsinə gətirib çıxaracaq.

Referans Media  xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, gözlənti ondan ibarətdir ki, bu sektorda rəqabətin artması və təklifin çoxalması lizinq üzrə kreditlərdə faiz dərəcələrinin azalmasına səbəb ola bilər:

“Avropa İttifaqı daxil olmaqla, əksər region ölkələrində lizinq üzrə faizlər real, eləcə də istehlak kreditləri üzrə faizlərdən aşağıdır. Məsələn, Avropa İttifaqında istehlak kreditləri 7%, real sektor yönümlü kreditlər 3,5%, lizinq kreditləri isə 2%-dir. Eyni zamanda qardaş Qazaxıstanda da lizinq kreditləri istehlak kreditlərindən daha aşağı faizlə təklif olunur. Azərbaycanda hələlik lizinq kreditləri orta hesabla 14%-lə başlayır. Amma istehlak kreditləri 11%-dən başlayaraq təklif olunur”.
Deputat söyləyib ki, ümumiyyətlə, burada həm istehlak, həm də real sektor üzrə orta kreditlərdən söhbət gedir: “11%-dən başlayaraq təklif olunur. Bu konteksdən lizinq kreditləri üzrə faiz dərəcələrinin aşağı düşməsi digər kredit faizlərinə birbaşa təsir göstərməsə də, dolayı olaraq təsir göstərə bilər. Çünki dolayı olaraq bu, bütövlükdə bank sektorunda, eləcə də kredit bazarında orta kredit faizlərinin aşağı düşməsinə gətirib çıxaracaq. Əgər yeni qanunun qəbul edilməsi və tədqiqi lizinq kreditlərinin faiz dərəcələrini azaldarsa, bu, nəticə etibarilə həm də bütövlükdə digər, o cümlədən istehlak krediti üzrə faizlərin azalmasına dolayı təsir göstərə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki