Azərbaycanda nə qədər işsiz var? backend

Azərbaycanda nə qədər işsiz var? 

  2025-ci il iyun ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub.

Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-may ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair məlumatında öz əksini tapıb.

Məlumata götə, onların 48,9 faizini qadınlar təşkil edib.

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 435 manat olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki