image-1549391backend

Azərbaycanda pambıq parça istehsalı artdı

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 5 milyon 583 min kvadratmetrpambıq parça istehsal edilib.

Referans Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % çoxdur.

Bu il martın 1-nə ölkədə 277 minkvadratmetr hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 30 milyon 706 min kvadratmetr pambıq parça istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 7,2% çoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki