Azərbaycanda şəriət bankları açılacaq

  Azərbaycanda planlaşdırılan İslam bankçılığı “pəncərələri” banklar üçün yeni gəlir mənbələri yaradacaq.

Referans.az bakupost.az-a istinadla xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi Moody’s məlumat yayıb.

 Agentliyin hesabatına görə, Azərbaycan Mərkəzi Bankı 2026-cı ildən etibarən İslam bankçılığı məhsullarının tətbiqinə başlanılacağını açıqlayıb.Xəbərdə qeyd olunur ki, ölkədə İslam maliyyəsinin inkişafı üçün əlavə tənzimləyici tədbirlər görülməsi, o cümlədən Mülki Məcəlləyə, “Banklar haqqında” qanuna və Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Əsas təkliflərdən biri isə İslam maliyyə əməliyyatlarının ƏDV-dən azad edilməsidir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki