Azərbaycanda Milli Süni İntellekt Mərkəzi yaradılacaq.
Referans Media-nın əldə etdiyi məlumata görə, artıq bu istiqamətdə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi tərəfindən müvafiq hazırlıq işləri həyata keçirilir.
Publik hüquqi şəxs adlanacaq yeni qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Saməddin Əsədovun kurasiyasında fəaliyyət göstərəcək.
Sözügedən qurumun yaradılması ilə bağlı təkliflər bu ilin sonunadək hazırlanaraq, dövlət başçısına təqdim olunacaq.
Yeni yardılacaq qurum Azərbaycanın Milli Süni İntellekt Strategiyasının icrasına və dövlət xidmətlərində süni intellekt tətbiqlərinə cavabdeh olacaq.
Qeyd edək ki, Azərbaycanın qonşuları olan Türkiyə, Rusiya və İranda, həmçinin Qazaxıstanda süni intellekt üzrə xüsusi dövlət qurumları artıq bir neçə ildir fəaliyyət göstərir.demokrat.az
