Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada vəfat etdi

  Rusiya-Ukrayna münaqişəsində azərbaycanəsilli şəxs həlak olub.

Referans.az  xəbər verir ki, bu barədə jurnalist Anar Natiqoğlu sosial şəbəkədə paylaşım edib.

 Bildirilib ki, Faiq Faiq oğlu Şofel son illərdə Ukrayna ordusunun hücum-desant bölmələrində kəşfiyyatçı kimi xidmət edib və bir çox əməliyyatlarda iştirak edib. O, oktyabrın 12-də həyata keçirilən döyüş tapşırığı zamanı həlak olub.

Məlumata görə, onun atası əslən Şirvan şəhərindəndir, anası isə Ukrayna kökənlidir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki