Bakı-Quba yolunda maşın piyadanı vurub öldürdü

  Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

 Referans.az  BDYPİ-yə istinadla xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Quba yolunun 27-ci kilometrliyində baş verib.

1984-cü il təvəllüdlü Bakı sakini Ruslan Ağammədov idarə etdiyi “Chevrolet” markalı, 77-YR-183 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan 1995-ci il təvəllüdlü piyada Kənan Nəsirovu vurub. 

Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki