Bakı-Sumqayıt qatarına daş atdılar – FOTO

  Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına oktyabrın 30-da axşam saatlarında Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.

Bu barədə Referans.az  “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumata əsasən, nəticədə sərnişinlərin olduğu 2-ci vaqonun pəncərələrindən biri sınıb.

Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında ADY-nin qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki