backend

Bakıda 46 yaşlı müəllim qəfil vəfat etdi

Bakida 46 yaşlı müəllim qəfil vəfat edib.

Referans Media  xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Belə ki, Qaradağ rayon Korgöz qəsəbəsində yerləşən 197 saylı orta məktəbin ibtidai sinif müəllimi, 1979-cu il təvəllüdlü Sevda Həsənova qəfil ürək tutmasından dünyasını dəyişib.

Məktəbdən bildirilib ki, 2025-ci ildə artıq 3-cü müəllimdir ki, vaxtsız vəfat edir. Məlumata görə, bir neçə ay əvvəl məktəbin informatika müəlliməsi Vəsfiyyə Məlikova yol qəzasında həlak olmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki