Bakıda ağır qəza: Həyatını itirən var

Bakıda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.

Referans xəbər verir ki, 2003-cü il təvəllüdlü Əliyev Əli Sahib oğlu özünə məxsus “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan 1978-ci il təvəllüdlü Biləsuvar rayon sakini Əliyev Eldəniz Abuzər oğlunun idarə etdiyi “Ford Transit” markalı avtomobilə arxadan çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində keçinib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki