Bakıda bu ərazidə yerləşən evlərdən İLAN ÇIXIR – VİDEO backend

Bakıda bu ərazidə yerləşən evlərdən İLAN ÇIXIR – VİDEO 

  Paytaxtın Suraxanı rayonundan olan bir qrup sakin “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edərək yaşadıqları ünvandan narazı olduqlarını bildiriblər.

Referans  xəbər  verir   ki, onların iddialarına görə, layihədə ərazidə bir yox bir neçə binanın olacağı, ətrafının yaşıllıq, həyətin abad, yolun asfalt olacağı göstərilib. Reallıqda isə vəziyyət fərqlidir.

 Sakinlər iddia edirlər ki, adıçəkilən ünvanda aldıqları mənzillərin layihəsini “Tik-Tok”da görüblər. Təqdim edilən binalarda problem olmasa da, həyətdə nə uşaqlar üçün oyun meydançası var, nə də söhbətgah.

Bundan başqa ərazidəki sahibsiz itlərin çoxluğundan da sakinlər təngə gəliblər.

Hətta mənzilində ilana rast gəldiyini deyənlər də var.

  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki