Bakıda Əjdərbəy məscidində bayram namazı qılındı

Bakıda Əjdərbəy məscidində Qurban bayramı namazı qılınıb.

Referans Media  Report-a istinadən xəbər verir ki, ibadətdə sakinlər, Azərbaycanda yaşayan əcnəbilər və bir sıra din xadimləri iştirak ediblər.

Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı mayın 27-28-də qeyd olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki