Bakıda əməliyyat:Qadınlar tutuldular

  Bakının Nərimanov rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Referans.az    DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs paytaxt sakini olan bir nəfərin evindən 16 min manat dəyərində qızıl-zinət əşyalarını talayıb.

 Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirilə cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı M.Muradova saxlanılıb.

Nəsimi rayonunda polisin keçirdiyi tədbir zamanı isə kafelərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən 23 yaşlı A.Umudova da tutulub  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki