image-agac-asibbackend

Bakıda güclü külək səbəbindən 34 ağac AŞIB

Bakıda müşahidə olunan güclü külək nəticəsində 34 ağac aşıb.

Referans Media  xəbər verir ki, bu barədə “Report.az”ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, son iki gün ərzində güclü küləklə əlaqədar ağac aşması barədə qurumun qaynar xəttinə ümumilikdə 34 müraciət daxil olub.

Hazırda paytaxtın müxtəlif ərazilərində təmizlənmə işləri aparılır.

“Baş verən ağac aşmaları və budaqların qırılması halları ilə bağlı operativ tədbirlər həyata keçirilir”, – məlumatda vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki