Bakıda mağazaları talayan şəxslər saxlanıldı

  Paytaxtın Yasamal rayonunda silsilə oğurluqlar qeydə alınıb.

Referans.az  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxs ayr-ayrı vaxtlarda 3 mağazdan ümumilikdə 2076 manat nağd pul və 2760 manat dəyərində tütün məmulatlarını talayıb. Bu barədə zərərçəkənlər polis orqanına müraciət ediblər.

 Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum edilmiş 32 yaşlı S.Zeynalov saxlanılıb.Faktlarla bağlı araşdırmalar davam etdirilir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki