Bakıda mənzildə sirli ölüm – 79 yaşlı kişi evində tapıldı

Bakıda mənzildə meyit aşkarlanıb.

Hadisə paytaxtın Xəzər rayonu ərazisində, Binə qəsəbəsində qeydə alınıb.

“Referans Media”nın yaydığı məlumata görə, qəsəbə sakini, 79 yaşlı Vaqif Dadaş oğlu Quliyevin meyiti yaşadığı evdə tapılıb. İlkin baxış zamanı meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən dəqiqləşdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki