Bakıda metro stansiyasının qarşısında qan töküldü

Bakıda 51 yaşlı kişi küçədə bıçaqlanıb.

Referans Media  xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Elvin Nuru oğlu Məmmədli metronun “Xətai” stansiyasının qarşısında bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli oxu.az-a bildirib ki, paytaxtın Xətai rayonunda iki şəxs arasındakı insidentlə bağlı polisə məlumat daxil olub.

Hazırda hadisə ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

Faktla bağlı hələlik saxlanılan yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki