Bakıda parkda huşsuz vəziyyətdə tapılan kişi vəfat etdi

  Bakıda 39 yaşlı kişi naməlum şəraitdə vəfat edib.

Referans.az  xəbər verir ki, oktyabrın 8-i saat 21 radələrində 1986-cı il təvəllüdlü Xəyyam Əli oğlu Vəliyev Yasamal rayonu Alatava qəsəbəsində yerləşən “Meşə park”da huşsuz vəziyyətdə aşkar edilib. 

O həmin yerdən Kliniki Tibb Mərkəzə aparılıb. Lakin X.Vəliyevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki