Bakıda qənd sexində döşəmə çöküb — Ölən var

  Paytaxtın Binəqədi rayonunda yerləşən qənd sexində bədbəxt hadisə baş verib.

Referans.az   xəbər verir ki, sentyabrın 17-si saat 14 radələrində Binəqədi qəsəbəsinin ərazisində yerləşən sexin taxta döşəməsi çöküb.

Nəticədə orada xadimə işləyən 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq vəfat edib.

Faktla bağlı araşdırma aparılır.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki