Bakıda silahlı insident: İki nəfər güllələndi

  Bakının Yasamal rayonu ərazisində silahlı insident baş verib.

Referans.az  xəbər verir ki, bu gecə Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib.

Hadisə zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Hadisənin motivləri və təfərrüatları araşdırılır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başladılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki