backend

Bakıda yaşayış binasında YANĞIN

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə Referans Media-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 paq.m mətbəx mebeli və 1 ədəd paltaryuyan maşın yanıb.

Yüksək temperaturdan lambirdən ibarət tavanı 5 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki