Bakının bəzi ərazilərində su olmayacaq

  Paytaxtın bəzi hissələrinin su təchizatında fasilə olacaq

Referans xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, yol infrastrukturunun genişləndirilməsi ilə əlaqədar mövcud kommunikasiya xətlərinin köçürülməsi işləri çərçivəsində Nərimanov rayonunun bəzi ərazilərinin su təchizatında 2 oktyabr tarixində gün ərzində fasilə yaranacaq.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki