Bakının bu ərazisi 3 gündür istiliksiz qalıb – Problem nə vaxt həll olunacaq?

Artıq 3 gündür Bakının Xətai rayonunun bir hissəsində istilik yoxdur.

Referans Media bildirir ki, bu barədə Axar.az-a sakinlər məlumat verib.

“Azəristilik”dən isə bildirilib ki, 3 gün öncə qəza baş verib.

Qeyd olunub ki, yaxın saatlarda qəzanın nəticələri aradan qaldırılacaq və istilik bərpa olunacaq.

Təmir işlərinin hava şəraitinə görə gecikdiyi də əlavə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki