Bakının bu hissəsində su olmayacaqbackend

Bakının bu hissəsində su olmayacaq

  Xətai rayon ərazisindən keçən içməli su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 16 iyul 22:00-dan 17 iyul axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq. 

Bu barədə Referans-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. 

Bildirilib ki, 17 iyul axşam saatlarından etibarən suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə bərpa ediləcək.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki