Son illər sakinlərin təhlükəsizliyi, rahatlığı üçün Bakının bir neçə küçəsini birləşdirən yeraltı keçidlər inşa edilib. Həmin keçidlər eskalatorlarla təchiz olunsa da, onların xeyli hissəsi işləmir. İnsanların sıx olduğu Qışı parkı, Port Baku Mall ilə Cresent Mall arasındakı keçidlər buna nümunədir. Eskalatorların işləməməsi ən çox yaşlılar, əlil və uşaq arabasından istifadə edənlərə çətinlik yaradır. Həmin ərazilərdə eskalatorların işləməməsi dəfələrlə mətbuatda işıqlandırılıb, sosial şəbəkələrdə müzakirə olunub. Lakin müsbət nəticə yoxdur.
Bəs nə zaman adıçəkilən ərazilərdə eskalatorların bəzək üçün yox, təyinatı üzrə çalışdığını görəcəyi
Məsələ ilə bağlı bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda mövcüd eskalatorlara xidmət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tərəfindən həyata keçirilir.
Məlumatda qeyd olunub ki, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yeniləndikdən sonra balansa qəbul ediləcək.
“Yeni eskalatorların sifariş edilib və ilin sonunda Bakiya gətiriləcək” – deyə məlumatda bildirilib.
