Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başladı

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb.

Referans Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.

"Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassalarından ala bilərsiniz", - məlumatda bildirilib.

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarında komfort, komfort+ və lüks olmaqla, üç sinif üzrə xidmət göstəriləcək. Siniflər üzrə gediş haqqı da açıqlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki