“Bakmil” stansiyası fəaliyyətini tam bərpa etdi

“Nərimanov” elektrik deposu yollarına yüksək gərginlikli enerjinin verilməsi tam bərpa olunub. Hazırda “Bakmil” stansiyası fəaliyyətini tam bərpa edib.

Bu barədə Referans Media-ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Qeyd olunub ki, Yaşıl və Qırmızı xətlərdə qatarlararası intervallar qrafikə uyğun bərpa edilib. Qrafik üzrə 34 cüt/saat prinsipi ilə qatarlar fəaliyyət göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki