Mardində xəstəxanaya aparılan 4 yaşlı Eda Pekerin bağırsağında 8 ədəd maqnit muncuğu olduğu müəyyən edilib.
Referans Media xəbər verir ki, təxminən 3 saat davam edən əməliyyatdan sonra sağlığına qovuşan Eda, 6 günlük reanimasiya müalicəsinin ardından evə buraxılıb. Əməliyyatı həyata keçirən Uşaq Cərrahiyyə Uzmanı Op. Dr. Mürsel Haspulat, xüsusilə 6 yaşdan kiçik uşaqlar üçün hissəcikli və maqnitli oyuncaqların böyük təhlükə yaratdığını vurğulayaraq valideynləri xəbərdar edib.
Oyuncaqlar bağırsaqda ciddi fəsadlar yaratdı
Nusaybin rayonunda yaşayan Peker ailəsinin qızı Eda evdə oyun oynayarkən müxtəlif zamanlarda udduğu maqnitlər səbəbindən bağırsaqlarında zədələnmə baş vermişdi. Ailəsi, onun qarın ağrısı, ürəkbulanma və qusmadan şikayətçi olması ilə Nusaybin Dövlət Xəstəxanasına müraciət etdi.
Əvvəlcə qaz yığılması şübhəsi ilə ağrı kəsici verilərək evə göndərilsə də, şikayətlər artıqca yenidən xəstəxanaya müraciət edildi. Aparılan rentgen müayinəsində Edanın yad bir cisim udduğu aşkarlandı və o, Mardin Təhsil və Araşdırma Xəstəxanasına yönləndirildi.
Burada Op. Dr. Mürsel Haspulat tərəfindən həyata keçirilən əməliyyat nəticəsində, Edanın bağırsaqlarında 8 ədəd maqnitin bir-birinə yapışaraq bağırsaqları deşdiyi və tıxdığı müəyyən edildi.
3 saatlıq əməliyyat və 6 gün reanimasiya
Əməliyyat zamanı bağırsaqlar tək-tək bərpa edildi, içəridə başqa parçaların qalıb-qalmadığını yoxlamaq üçün əlavə rentgen çəkildi. Ağır keçən əməliyyatdan sonra Eda 6 gün reanimasiya şöbəsində müalicə alıb və tam sağalaraq evə buraxılıb.
Op. Dr. Mürsel Haspulat valideynləri xüsusilə 6 yaşdan kiçik uşaqlara hissəcikli və maqnitli oyuncaqlar verməməyə çağırıb:
“Sadə görünən bir oyuncaq uşağı ölüm təhlükəsi ilə üz-üzə qoyur. Bu cür maqnitlər bağırsaqlarda birləşərək həyati risk yarada bilər. Valideynlər uşaqlarını kiçik və parçalı oyuncaqlardan, baterikalardan və sərt qidalardan uzaq tutmalıdır.
4 yaşlı Eda qarın ağrısı və qusma ilə xəstəxanaya gətirildi. Əvvəlcə sadə bir apandisit və ya bağırsaq düyümlənməsi düşünülə bilərdi. Amma sonra aparılan rentgenlər və əməliyyat nəticəsində, 2-3 həftə ərzində udduğu maqnitlərin bağırsaqları bir-birinə yaxınlaşdırdığı, düyümlənməyə və deşilməyə səbəb olduğu ortaya çıxdı.
Əməliyyat zamanı hər bir bağırsaq hissəsi bərpa edildi, əməliyyat ortasında yenidən rentgen çəkildi və qalan bir hissəcik çıxarıldı. Ağır əməliyyat olduğundan Eda 6 gün reanimasiya şöbəsində qaldı. Şükür ki, üçüncü gündə yeməyə başladı və sonra servisə köçürüldü. Bu, çox şanslı bir nəticədir.”
Valideynlərə xəbərdarlıq
Edanın atası İlyas Peker isə yaşadıqları qorxulu təcrübəni belə bölüşüb:
“Bir həftə əvvəl səhər saat 5-də qızım qarın ağrısı ilə anasını oyatdı. Nusaybin Dövlət Xəstəxanasına getdik, qazı var deyib ağrı kəsici verdilər və evə göndərdilər. Ertəsi gün ağrısı davam etdi. Yenidən xəstəxanaya getdik, rentgen çəkildi və yad cisim udduğunu öyrəndik. Mardin Təhsil və Araşdırma Xəstəxanasına yönləndirdilər.
Mürsel Hoca dərhal qızımı əməliyyata aldı. Əməliyyat çox uzun çəkdi. Əvvəlcə udduğu hissəli maqnitləri ayırd etdik, bağırsaqlarını bərpa etdik. Allah bizi qorudu, qızımız sağ qaldı. Amma hər kəs bizim qədər şanslı olmayacaq. Lütfən, uşaqlarınıza hissəli oyuncaqlar verməyin. Həkimimizə və bütün xəstəxana personalına təşəkkür edirik.”
