“Barselona” 6 qolla “Valensiya”nı darmadağın edib

“Barselona” futbol üzrə İspaniya çempionatının dördüncü turunda səfərdə “Valensiya”nı darmadağın edib.

Referans-ın məlumatına görə, oyun Kataloniyanın paytaxtında “Yohan Kroyf Arena” stadionunda 6 min tamaşaçının iştirakı ilə keçirilib və 6:0 hesabı ilə başa çatıb.

Qaliblərin heyətində Fermin Lopez, Rafinya və Robert Levandovski iki dəfə fərqləniblər.

Bu qələbədən sonra Hans-Diter Flikin rəhbərlik etdiyi komanda 10 xal toplayıb və turnir cədvəlində ikinci pilləyə yüksəlib.

“Real Madrid” “La Liqa”ya liderlik edir, Xabi Alonsonun komandası dörd oyundan sonra 12 xalı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki