“Barselona” “Qalatasaray”ın ulduzu üçün hərəkətə keçdi

  “Barselona” klubu “Qalatsaray”ın futbolçusu Viktor Osimhen ilə maraqlanır. 

Referans.az xəbər verir ki, Kataloniya təmsilçisi nigeriyalı hücumçu üçün hərəkətə keçib. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. 

“Barselona” 2026-cı ilin yayında Osimheni heyətinə cəlb etməyə çalışacaq. 

Qeyd edək ki, 26 yaşlı forvard cari mövsüm “Cim-Bom”un heyətində 9 oyuna 6 qol vurub. Onun Türkiyə klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq.   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki