Sədərək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Coşqun Babayev Özbəkistanın Səmərqənd şəhərində keçirilən III Beynəlxalq Tibb Forumunda iştirak edib.
O, forum çərçivəsində “The Prevalence of Hereditary Diseases in the Nakhchivan Autonomous Republic” mövzusunda çıxış edərək, Naxçıvan Muxtar Respublikasında irsi xəstəliklərin yayılması ilə bağlı məlumatları beynəlxalq auditoriyaya təqdim edib.
Tədbir tibb elmi üzrə bilik və təcrübə mübadiləsinə geniş imkanlar yaradıb.
