Baş məşqçi postuna qayıtdı, onun da xidmətindən İMTİNA ETDİ! 

«Kəpəz»in baş məşqçisi Azər Bağırov ona lazım olmayan ikinci futbolçunun kimliyini dəqiqləşdirib.

İyunda ayrıldığı komanda bir də oktyabrda qayıdan mütəxəssis Pedro Qomesin üstündən qara xətt çəkib.

Gəncə təmsilçisi mərkəz müdafiəçisi mövqeyində çıxış edən portuqaliyalı ilə yayda iki illik müqavilə imzalayıb. 22 yaşlı legionerin son klubu vətənində “Boavişta” olub.

«Kəpəz» bu ilin iyulunda sıralarına qatdığı Otar Aptsiauri ilə də danışıqlara başlayıb. Gəncə təmsilçisinin fikri gürcüstanlı legionerlə yolları ayırmaqdır.

Dörd aydan sonra baş məşqçisi postuna qayıtmış Azər Bağırov adıçəkilən legionerlə çalışmaq niyyətində olmadığını rəhbərliyin diqqətinə çatdırıb.

Çalışdırıcı onun səviyyəsinin komandaya uyğun gəlmədiyi qənaətindədir.

Adil Şükürovun apardığı transfer siyasətini bəyənməyən həmkarı Otarın şans qazanmaq ehitmalının olmadığını bildirib. Odur ki, «sarı-göylər» 2 aylıq təzminat ödəməklə, gürcüyə ölkəsinə dönməyi təklif edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki