Qrenlandiyanın Baş naziri Yens-Frederik Nielsen bildirib ki, ölkənin bir gecənin içində ələ keçirilməsi ilə bağlı real təhlükə yoxdur.
“Biz elə bir vəziyyətdə deyilik ki, ölkənin bir gecədə ələ keçirilə biləcəyini düşünək”, — deyə Nielsen mətbuat konfransında bildirib. Onun sözlərini *Reuters* agentliyi yayıb.
Baş nazir bu açıqlamanı Venesuelada baş verən son hadisələr və ABŞ tərəfindən Qrenlandiya üçün potensial təhlükə ilə bağlı müzakirələr fonunda verib.
Nielsen vurğulayıb ki, mövcud şərait Qrenlandiyanın təhlükəsizliyinə dərhal və qəfil təhdid anlamına gəlmir və vəziyyət nəzarət altındadır.
Gülnaz Abdullazadə
