Baş nazirlər bir-birilərinə başsağlığı verdilər

Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümü ilə bağlı bir-birilərinə başsağlığı veriblər.

Bu barədə Referans Media-ya Nazirlər Kabinetindən xəbər verilib.

Baş tutmuş telefon təması zamanı Ə.Əsədov həmin faciəvi günlərdə hərtərəfli dəstəyə görə qardaş Qazaxıstanın hökumətinə və xalqına təşəkkürünü bildirib.

Hökumət başçıları bir-birilərinə, həlak olan şəxslərin ailə üzvlərinə və yaxınlarına, həmçinin hər iki ölkənin xalqına başsağlıqlarını ifadə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki