image-aksel-tapbackend

“Bayer” PSJ-nin oyunçusunu transfer etdi

“Bayer Leverkuzen” yeni transfer reallaşdırıb. 

Referansxəbər verir ki, “əczaçılar” rəsmi saytında PSJ-nin 17 yaşlı müdafiəçisi Aksel Tapı transfer etdiyini açıqlayıb.

Fransalı futbolçu Almaniya təmsilçisinə azad agent kimi keçib və klubla uzunmüddətli müqavilə imzalayıb. “Bayer” gənc oyunçunun tədricən əsas komandaya inteqrasiyasına ümid edir.

Tap keçən həftə PSJ-nin U-19 komandasının heyətində Fransa çempionu olub. Bundan əlavə, o, 2024/25 mövsümündə parislilərin əsas komandasında üç oyun keçirib.

Bundesliqada ötən mövsüm 34 turda 69 xal toplayan “Bayer” çempionatı ikinci yerdə başa vurub. Bundan sonra baş məşqçi Xabi Alonso komandadan ayrılaraq “Real Madrid”ə keçib. Leverkuzen təmsilçisini Erik ten Haq çalışdıracaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki