Belarus bu Avropa ölkəsi ilə bağlı qərar verdi

  Belarus hökuməti Slovakiyadakı səfirliyini yenidən açacaq.

Referans bildirir ki, bu barədə Belarus hökumətinin rəsmi Teleqram kanalında məlumat verilib.

Bəyanatda deyilir: “Belarus səfirliyi Slovakiyada açılacaq. Müvafiq fərman Baş nazir tərəfindən imzalanıb”.

Bəyanatda qeyd olunur ki, Belarusun Slovakiyada daimi diplomatik varlığının bərpası ölkələr arasında siyasi və iqtisadi əlaqələri gücləndirəcək. Həmçinin səfirliyin 1 sentyabr 2026-cı ilə qədər açılmasının gözlənildiyi də vurğulanıb.

Qeyd edək ki, Belarus hökuməti 2023-cü ildə Slovakiyadakı səfirliyini bağlayıb./Globalinfo.az   


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki