Berlində müharibə panikası: dəhşətli ssenari təkrarlana bilər

  Almaniya rəhbərliyində son açıqlamalar ölkənin mümkün Rusiya hücumuna dair ssenariləri təqlid etməyə hazır olduğunu göstərir.

Bu barədə politoloq və tarixçi Vladimir Jarixin sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun fikrincə, Kansler Fridrix Merzin “dünya nizamının sona çatdığı” barədə bəyanatı və müdafiə naziri Boris Pistoriusun “sülhün son yayı” ifadəsi Berlinin təhlükəsizlik strategiyasında ciddi dəyişikliklərin baş verdiyinə işarədir.

Pistoriusun açıqlamasına görə, NATO ilə Rusiya arasında müharibə ehtimalı əvvəllər 2029-cu il üçün nəzərdə tutulurdu, lakin indi bunun 2028-ci ildə də baş verə biləcəyi barədə fikirlər səslənir.

Jarixin xatırladıb ki, Almaniyada “sonuncu dinc yay” ifadəsi 1941-ci ilin iyununda baş vermiş hadisələrlə assosiasiya olunur.//Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki