backend

Beşiktaşda Rafa Silva böhranı həllini gözləyir!

Beşiktaşda Rafa Silva ilə bağlı böhran dərinləşir. Baş məşqçi Sergen Yalçının Çaykur Rizəsporla oyunda portuqaliyalı futbolçunu 90 dəqiqə ehtiyatda saxlamasından sonra ayrılıq ehtimalı gündəmə gəlib.

Referans Media xəbər verir ki, “Qara qartallar”da yaşanan Rafa Silva böhranının ayrılıqla nəticələnməsi gözlənilir. Sergen Yalçının ayrılmaqda qərarlı olduğu bildirilən portuqaliyalı futbolçunun komandaya töhfə verə biləcəyinə inanmadığı qeyd olunur.

Təcrübəli mütəxəssis bu səbəbdən böhranın bir an əvvəl həllini istəyir. Yaxın günlərdə Rafa Silvanın meneceri ilə klub rəhbərliyinin görüş keçirməsi planlaşdırılır.

Tərəflər transfer haqqı məsələsində razılığa gələrsə, futbolçunun müqaviləsinə xitam veriləcək. Maddi məsələlərdə anlaşma əldə olunmazsa, rəhbərliyin geri addım atmayacağı bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki